Zərdabda dəhşətli yanğın hadisəsi baş verib. 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb…
Hadisə gecə saatlarında rayonun Çallı kəndində qeydə alınıb. Əliağa Əhmədova məxsus birmərtəbəli 2 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı isə alınıb.Yanğından sonra evə baxış keçirilərkən ev sahibinin gəlini, 29 yaşlı Pərvanə Əhmədova və onun övladı, 9 yaşlı Gülayə Əhmədlinin yanmış meyitləri aşkar edililib. Meyitlər aidiyyatı üzrə təhvil verilib. Pərvanə Əhmədovanın kiçik övladı, 7 yaşlı Gülməmməd Əhmədli və onun nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib. İlkin ehtimala görə, yanğına odun sobasında yaxud elektrik naqillərində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.