Qax rayonunun Oncallı kəndində, Oğuz qəbirstanlığında Sufi şerinin görkəmli nümayəndəsi, Türk dünyasının böyük şairi Yunus Əmrənin məzarı bu gün də qorunub saxlanılır. Bu yer bir ziyarətgah kimi ziyarətçiləri tərəfindən yad edilir.
Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilirdi. Yunus Əmrə bir neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. Elə burda da dəfn olunub. Oğuz qəbirstanlığında Yunus Əmrənin məzarı ilə yanaşı, həm də onun mürşidi Hacı Tapdığın qəbri var. Türkiyədən gələn mütəxəssizlər o dövrün xəritəsinə baxmaqla, qəbrlərin ara məsafələri və yerdən hündürlüklərini də ölçərək məzarların dahi şəxsiyyətlərə aid olmalarını təsdiqləyib. Şeyxin məzarı ilə bağlı bir çox fərziyyələr iddia edilsə də bu qəbirstanlıqdakı Hacı Tapdığın məzarı bütün suallara aydınlıq gətirir. Ziyarətgaha hər il çoxlu sayda insan baş çəkir. Onların arasında xarici turistlər də yetərincədir. Onu da qeyd edək ki, ərazi daim dövlət nəzarətində saxlanılır, təmizlənir və qorunur.