Bu gündən etibarən, peyvəndin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçmiş şəxslərin "Peyvənd sertifikatı" etibarsız sayılır. Belə ki, buster doza, yəni 3-cü doza vaksini qəbul etməyən vətəndaşlar bir çox yerlərə daxil ola və xidmətlərdən istifadə edə bilməyəcəklər. Qadağanın tətbiq olunduğu günü gözləyənlər bu gün xəstəxanalarda sıxlıq yaradıb.
Yaşı 18-dən yuxarı bütün vətəndaşların mehmanxanalar, iri ticarət mərkəzləri, kafe və restoranlar, ali və orta ixtisaas təhsili müəssisələrinə girişi yalnız 3-cü doza peyvəndlə mümkündür. Qərar sonuncu qəbul etdiyi dozadan 6 ay keçən şəxslərə də aiddir. 6 ay limiti tamam olmuyan, iki doza peyvənd olunan şəxslərsə bu cür obyektlərə daxil ola bilərlər. Qadağanın tətbiq olunduğu ilk gündən xəstəxanalara buster doza ilə bağlı sıxlıq yaşanır. Xəstəxanalarda yaşanan sıxlıq səbəbindən tədbirlər artırılıb. Mütəxəssislər son günlər sürətlə artan yoluxma hallarının qarşısının alınması, ağırlaşmaların sayının azalması üçün buster dozanı mütləq hesab edir. Belə ki, peyvənddən sonra bir müddət maksimuma çatan immunet səviyyəsi vaxt keçdikcə zəifləyir. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Onu da qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 12 390 636-dır. Buster doza üzrə vaksinasiya olunanlarsa 2 368 436 nəfərdir.