Çərşənbə axşamı, 15 Fevral 2022 09:30

Giləhli məscidinin bərpasında yeyintiyə yol verilib…

Şəkidə Giləhli məscidinin bərpasında yeyintiyə yol verildiyi üzə çıxıb. Hesablama Palatasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində apardığı yoxlama zamanı maliyyə pozuntuları aşkarlanıb. Xidmətin fəaliyyəti üzrə səmərəlilik auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub ki, Şəki şəhərindəki Giləhli məscidinin minarəsində həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə müqavilədə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb. Gələcəkdə belə halların baş verməməsi üçün həmin işlər üzərində müəllif və texniki nəzarət tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.

 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S