İsmayıllı rayonunda yanğın baş verib. Dövlət Yanğından Mühafizə Hissəsinin məlumatına görə, günorta saatlarında qeydə alınan yanğın zamanı yeddi il öncə fəaliyyətini dayandırmış quşçuluq ferması, taxta sexi və plastik qapı-pencərə sexi tamamilə yanıb. Ətrafda yerləşən şadlıq sarayı və iki ədəd benzindoldurma məntəqəsi yanğından mühafizə olunub. Sakinlər hadisənin ətrafdakı kol-kosun yanması səbəbindən baş verdiyini iddia ediblər. Sahibkarlara külli miqdarda ziyan dəydiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.