Mədəniyyət Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. Layihə çərçivəsində 18-19 iyun tarixlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumitəhsil məktəblərindən 10-16 yaş arası 600 məktəbli Şəki Dövlət Dram Teatrında “Kitabı-Dədə Qorqud" eposunun ən maraqlı boylarından biri olan “Dəli domrul” tamaşasını izləyəcək. “Dəli Domrul” tamaşası Azərbaycan ədəbiyyatının və ümumilikdə türk dünyasının ən qədim epik abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının eyni adlı boyu əsasında səhnələşdirilib. Tamaşa qəhrəmanlıq, sevgi, cəsarət və ilahi ədalət kimi mövzuları özündə birləşdirir.