Çərşənbə axşamı, 17 İyun 2025 12:00

Zaqatalada 5 yaşlı uşağın üstündən yük avtomobili keçib

Hadisə Zaqatala şəhəri ərazisində baş verib. 5 yaşlı Elman Şeyxəliyev- 60 yaşlı Zaqatala şəhər sakini Hacıömər Abbasovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin altında qalıb. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elman Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdirilib. Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S