Hadisə Zaqatala şəhəri ərazisində baş verib. 5 yaşlı Elman Şeyxəliyev- 60 yaşlı Zaqatala şəhər sakini Hacıömər Abbasovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin altında qalıb. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elman Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdirilib. Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.