Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib. Cinayət işi başlanılıb, İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.