Ötən gecə güclü küləklə müşayiət olunan leysan yağışı Şəkidə bir sıra fəsadlara səbəb olub. Güclü külək şəhərin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində irigövdəli ağacı və elektrik dirəyini aşırıb. Nəticədə ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranıb. İrigövdəli ağac isə yaxınlıqdakı işıq dirəyinin üzərinə aşaraq onu sıradan çıxarıb. Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Bundan başqa, şəhərin müxtəlif ərazilərində və Oxud kəndində də irigövdəli ağaclar aşıb. Təbii fəlakət səbəbi ilə şəhərin bəzi hissələrində elektrik enerjisinin və suyun verilişində fasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.