Çərşənbə axşamı, 10 İyun 2025 15:06

Şair-publisist Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib

Şəkidə müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin, Milli Elmlər Akademiyasının, Yazıçılar Birliyinin üzvləri, ziyalılar iştirak ediblər. Şairin kitablarından ibarət sərgi ilə tanışlıq olub. Yubiley tədbirində çıxış edənlər Şəkinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını, belə şəxslərdən birinin də məhsuldar və istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildiriblər. Həmçinin çıxış edənlər şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər. 75 illik yubileyi münasibətilə yubilyara mükafatlar və xatirə hədiyyələri təqdim edilib. Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirilib, 4 saylı Uşaq musiqi məktəbinin təqdimatında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S