Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məlumatına görə, yoxlama zamanı aşkarlanan nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, müəssisənin direktoru Taliə Babayevanın əmək müqaviləsinə xitam verilib. Təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri isə davam etdirilir.