Şamaxıda səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç” adlı qaçış layihəsinin növbəti mərhələsi təşkil olunub. Yarışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şura üzvləri, eləcə də Şəki Tibb Kollecinin tələbələri olmaqla, ümumilikdə, 140 nəfər iştirak edib.