Dünya üzrə ümumi illik istehsal olunan 4000-5000 kq civarında qızılgül yağının təqribən 200-220 kq-mı Zaqatalada fəaliyyət göstərən gül emalı müəsisəsində istehsal olunur. Artıq bir neçə gündür ki, qızılgüllər diyarında gül yığımına başlanılıb. Gül plantasiyalarında, çalışan insanlarla yanaşı, yerli və xarici turistlər də gül toplayır, bu fsünkar gözəlliyin fonunda şəkillər çəkdirir. Ötən illərlə müqayisədə müəsisəyə aqro turistlərin, eləcə də ətir istehsalçıları olan xarici turustlərin, rəssam və fotoqrafların da marağı ilbəil artmaqdadır.