Şəkinin Böyük Dəhnə kəndində Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş Eldar Seyidovun doğum günündə xatirəsi anılıb. Kəndin Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları, şəhid ailələri və kənd camaatı iştirak edib. Əvvəlcə ruhuna dualar oxunub, xatirə lövhəsinin önünə gül dəstələri qoyulub. Daha sonra davam edən tədbirdə çıxış edənlər şəhidin şərəfli ömür yolundan, qəhrəmanlıqlarından bəhs ediblər. Qeyd edək ki, artıq 50 ildir nəşi tapılmayan Eldar Seyidov 1994-cü ildə, 19 yaşında Ağdərə rayonunun Qlobus yüksəkliyində itkin düşüb.