Bu yaz yenə Şamaxı çölləri al lalələrə bürünüb. Mülayim yaz havasında yaşıl təbiətin sinəsində qızaran lalələr ətrafı əsrarəngiz gözəlliyə qərq edib. Xüsusilə Şamaxının qədim və tarixlə zəngin Kələxana kəndinin ətrafında açan laləliklər bu bölgəni görənləri heyran edir.