Şəkidə son bir neçə ayda Daşbulaq, Daşüz, Şorsu və daha 4 kənddə silsilə oğurluqlar törədən şəxslər aşkar edilib. Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər. Gecə saatlarında tövlələrə daxil olan dəstə üzvləri dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər. Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.