29 aprel – dünyada Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi rəqs sənətinin müxtəlifliyini tanıtmaq, onun bəşəriyyətin ortaq dili olduğunu vurğulamaqdır... Şəkidə Beynəlxalq Rəqs Günü və Şəki şəhər Uşaq İncəsənət məktəbinin müəllimi, xareoqraf Xumar Əsədovanın 20 illik yubileyi münasibətilə "Rəqsin Xumar nağılı" adlı konsert keçirilib. Regional Mədəniyyət İdarəsi və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki Dövlət Dram Tatrında baş tutan konsertdə rayon rəsmiləri, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti iştirak edib. Konsert proqramında Xumar Əsədovaının yaradıcılığını və bu günün önəmini əks etdirən videoçarx nümayiş olunub. X.Əsədova və şagirdləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər.