Zaqatalada doğuş zamanı körpə ölümü baş verib. Muxax kənd sakini 33 yaşlı Günel Əliyeva 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. Ailə üzvlərinin verdiyi məlumata görə, G.Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova tərəfindən qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verilib.