Oğuzda evdən oğurluq edən şəxs saxlanılıb. Polisə müraciət edən zərərçəkmiş Xaçmaz kəndində yerləşən evindən dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb. O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.