Səhiyyə Nazirliyinin tərəfdaşları ilə birgə reallaşdırdığı “Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Zaqatala rayonu olub. Aksiyanın məqsədi sağlamlıq xidmətlərini insanlara yaxınlaşdırmaq, mütəmadi tibbi müayinənin önəminə diqqət çəkmək, diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq və xəstəliyin qarşısını almaqdır.Aksiyada təcrübəli həkim heyəti sakinlərə ödənişsiz tibbi xidmətlər, qan analizləri, eləcə də endokrinoloji, terapevtik və digər ixtisaslaşmış sahələr üzrə fərdi məsləhətlər verib. Xüsusilə şəkərli diabetlə bağlı risklərə dair geniş məlumatlandırma aparılıb.