Cümə axşamı, 10 Aprel 2025 16:20

Müəllimlər yol qəzasına düşüb

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Günorta saatlarında rayonun Oğuz-Padar-Böyük Söyüdlü avtomobil yolunda Leyla Rzayeva “Mersedes”markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Qəza zamanı xəsarət alan sürücü-36 yaşlı Leyla Rzayeva və sərnişinlər 48 yaşlı Aynurə Sərkərova, 38 yaşlı Nuranə Rüstəmova və 43 yaşlı ⁠Cəmalə İsgəndərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, qəzaya düşən şəxslər Oğuz rayon Qarabular kənd tam orta məktəbinin müəllimələridir. Hadisə dərsdən evə qayıdarkən baş verib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S