İsmayıllı rayonun Qalıncaq kəndində tövlə yanıb. Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları cəlb olunub. Yanğın zamanı 49 yaşlı Elsevər Abdulova məxsus tövlənin dam örtüyünün yanar konstruksiyaları, 5 ton ot və bir ədəd iribuynuzlu heyvan yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Fakt araşdırılır.