Qarın yağması fermerlər üçün ümid işığı olub. Belə ki, son 3 ayda havanın quraq və isti keçməsi səbəbindən ən iri taxılçılıq rayonlarından olan Şəkidə əkin sahələrinin 50%-dən çoxu təhlükə altında idi. Sahələrdə gəmiricilər xeyli artdığından fermerlər çıxış yolu kimi qarın yağmasını gözləyirdilər.