Bazar ertəsi, 17 Fevral 2025 16:05

Şəkidə 26 yaşlı ana qeysəriyyə əməliyyatından sonra ÖLDÜ

Şəki rayonunun 26 yaşlı Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Lakin bir gün sonra günorta saatlarında ananın ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Daha əvvəl iki övladını təbii doğuşla dünyaya gətirən ananın ölümündə ailəsi həkimləri günahlandırır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən hadisə ilə bağlı bildirilib ki, xəstəyə "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib. Xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Bir gün sonra günorta saatlarında qadının halı pisləşib, boğulmadan şikayət edib.

Lakin ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda da araşdırmalar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S