İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar. İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları keçirdikləri tədbir zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü Siyavuş Seyidovu təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlayıb.
Yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib. Müvafiq tibbi müayinədən sonra onun marixuana istifadə etdiyi də məlum olub. Həmçinin "Mercedes-Benz" markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Zaur Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Şənbə, 15 Fevral 2025 13:21