Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan bu video daha çox diqqət çəksə də sağlamlıq mərkəzinin fəaliyyəti barədə kiçik araşdırma etdikdə təşviş doğurucu başqa məqamlar üzə çıxır. Xəstəxananın təmirsiz, antisanitar vəziyyətdə olması bir yana müxtləlif adlarla bərpa və yenidənqurma üçün ayrılan vəsaitin mənimsənilməsi, işləməyən cihazların işlək göstərilməsi və bunun müqabilində əlavə maliyyə ayrılması və korrupsiya ilə bağlı məlumatlar...
Yayılan iddialarla bağlı xəstəxanada isə susurlar. Çəkiliş üçün tibb mərkəzinə daxil olan qrupumuza xəstəxananın içərisində görüntü qeydə almağa icazə verilmədi. Üstəlik hər hansı açıqlama da olmadı. Məsuliyyəti öz boyunlarından ataraq, sualları tabe olduqları quruma- TƏBİB-ə ünlanmağımız istənildi. TƏBİB-in də məsələyə rəsmi mövqe bildirməyə tələsməməsi regiondakı sağlamlıq mərkəzində qeyri sağlam vəziyyətin hələ də davam etdiyi təəssüratını yaradır.
Çərşənbə, 12 Fevral 2025 16:06