Zaqatalada yol qəzası olub. Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan Mersedes markalı minik avtomobili aşıb. 32 yaşlı Balakən rayon Mahamalar kənd sakini Orxan Paraşov və 36 yaşlı Zaqatala sakini Sabir Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirliblər. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.