Cümə axşamı, 16 Yanvar 2025 17:17

Çökmə baş verən yolda müvafiq nişanlar qoyulub

Şamaxı-Qonaqkənd avtomobil yolunda sürüşmənin aktivləşdiyi, təhükəli vəziyyət yarandığı barədə məlumat vermişdik. Çəkilişimizin ardınca Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları əraziyə baxış keçirib.

Bildirilib ki, torpaq sürüşməsinin aktivləşməsi sözügedən yol infrastrukturuna ziyan vurub. Hazırda əlverişsiz hava şəraitinə görə ərazidə təmir işləri aparılmasa da, sözügedən ərazi lentlənib, müvafiq nişanlar qoyulub. Sabah səhər saatlarından yolda qismən bərpa işlərinə başlanılacaq ” - qurumdan bildirilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S