İsmayıllının Vaşa kəndində bir evdə başlayan yanğın daha sonra genişlənib. 73 yaşlı Şakir Mustafayevə məxsus ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli fərdi yaşayış evi içərisində olan əşyaları ilə birlikdə, evin qarşısında olan talvar, təndirxana, həyətdəki tövlə tamamilə yanıb. Yanğın genişlənərək qonşuluqda yerləşən Rza Mustafayevə məxsus fərdi yaşayış evinə də keçib.
Nəticədə ümumi sahəsi 40 k/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın daha sonra kənd qəbiristanlığına keçib. Çətin relyefə baxmayaraq əraziyə cəlb edilən FHN-nin xüsusi texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını ala bilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.
#kanalsxeber
Çərşənbə axşamı, 14 Yanvar 2025 16:24