Zaqatalada 24 yaşlı gənc bir yerdə yeyib-içdiyi kişini bıçaqlayıb. Hadisə Mosul kəndində baş verib. 24 yaşlı Seymur Əsgərov aralarında yaranana mübahisə zəminində 30 yaşlı Rasim Əhmədova bıçaqla xəsarətlər yetirib. Polis əməli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Seymur Əsgərov ilkin ifadəsində Rasim Əhmədovu söyüş söydüyü üçün bıçaqladığını bildirib. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.