Qış turizm mövsümünün gəlməsi ilə ölkəmizə üz tutan xarici turistlərin sayı da artmağa başlayıb. Xüsusilə də qarın yağması ərəb ölkələri, hindistan kimi ölkələrdən gələn turistlərin sayına müsbət təsir göstərib. Hazırda isti ölkələrdən gələn bir çox turistin ilk üz tutduğu yerlərdən biri Qəbələdir. Buraya axın edən turistlərin bir çoxu ilk dəfə qarla tanış olublar.