Bazar ertəsi, 25 Noyabr 2024 16:25

21 yaşlı gənc dəm qazının qurbanı oldu...

Havalar soyuyar-soyumaz dəm qazı ilə bağlı faciələr də artır. Şəkidə 21 yaşlı gənc "səssiz ölüm"ün qurbanı olub. Hadisə Şəki şəhəri Mehdi Hüseynzadə küşəsi, 40 ünvanında baş verib. 21 yaşlı Sultan Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvüləri tərəfindən aşkarlanıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğu araşdırma aparır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S