Bölgələrdə həkim çatışmazlığı ilə bağlı məsələ gündəmdədir. Milli Məclisdə də müzakirə olunan problemlə bağlı əməkdaşlarımız Şimal-Qərb bölgəsində araşdırma aparıb. Məlum olub ki, bəzi rayonlarda və ucqar kəndlərdə sakinlər məhz bu səbəbdən qonşu rayonlara üz tutmalı olur. Həkim və tibbi avadanlıq çatışmazlığı hətta bəzi hallarda insanların həyatını itirməsi ilə nəticələnir. Bölgədəki vəziyyəti təfərrüatı ilə sujetdən öyrənək...