Şəkidə həvəskar rəssam Könül Salahovanın “Könülün dünyası” adlı rəsm sərgisi keçirilib. Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunmuş sərgidə çıxış edənlər gənc rəssamın yaradıcılığa, incəsənətə olan marağından bəhs ediblər. Tədbirdə "Konüllülərdən Könülə" müsabiqəsinə qatılan məktəblilərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş rəsmləri də nümayiş olunub. Sonda Könül Salahovanın iştirakı ilə münsiflər heyəti qalibləri müəyyənləşdirib və Fəxri Fərmanla təltif ediliblər.