Şəhid ailələri işğaldan azad olunan rayonlara səfər ediblər İsmayıllıdan olan şəhid ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil edilib. Səfər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, İsmayıllı Rayon İcra Hakimiyyəti və Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Məqsədsə Şəhid ailələrinə qəhrəman övladlarının fədakarlığı ilə azad edilmiş, Qarabağın döyünən ürəyi olan Şuşa şəhərini, eyni zamanda Xankəndini yaxından tanıtmaqdır. Şəhid ailələri övladlarının işğaldan azad etdiyi ərazilərin cənnətməkana çevrildiyinin, tikinti-quruculuq işlərinin sürətlə getdiyinin canlı şahidi olublar. Səfər onlarda xoş təəssürat yaradıb.