Dünya birliyinin “Yaşıl dünya naminə həmrəylik” devizi altında Bakıya yığışdığı COP29 tədbirlərində əsas müzakirə mövzusu karbon qazı emissiyasını və yanacaq materiallarından istifadəni azaltmaqdır. Bu missiyanı həyata keçirməyin yollarından biri də ekoloji təmiz nəqliyyat vasitələrinə keçiddir. Zaqatalanın ucqar Dağlı kəndində isə əhali artıq illərdir ki, belə vasitələrdən biri olan velosipeddən istifadə edir. Bu kənddə elə ev, elə insan tapılmaz ki, onun velosipedi olmasın.