Mədəniyyət Nazirliyinə məxsus obyekt yandı
Qaxda klub yanıb. Yanğın hadisəsi gecə saatlarında rayonun Əmbərçay kəndindəki Mədəniyyət Nazirliyinə məxsus klubda baş verib. Hadisə yerinə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb edilib.Ümumi sahəsi 370 kvadratmetr olan klubun 320 kvadratmetri içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Araşdırma aparılır.
Çərşənbə, 13 Noyabr 2024 14:39