Bazar ertəsi, 04 Noyabr 2024 16:40

Yaşayış evi külə döndü

Şəkinin Baltalı kəndində fərdi yaşayış evi yanıb. Gecə saatlarında kənd sakini 54 yaşlı Camal Hüseynova məxsus yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində ümumi sahəsi 130 kvadratmetr olan ev və ona bitişik ümumi sahəsi 78 kvadratmetr olan talvar yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S