Şəkidə Vətən müharibəsi şəhidləri İbrahim Məmmədov və Eltun Kərimovun anım günü keçirilib. Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin “Şəhidləri yaşadaq” layihəsi çərçivəsində keçirilən anım tədbirində şəhid ailələri, şəhər ictimaiyyəti, məktəb kollektivi iştirak edib. İlk öncə vətən müharibəsində canını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər şəhidlik zirvəsinə ucalan qəhrəmanların igidliklərindən, şücaətindən danışıb, onlar haqqında xatirələrini bölüşüblər. Tədbirin bədii hissəsində məktəblilərin ifasında vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib.
Şənbə, 26 Oktyabr 2024 13:47