Qida Təhlükəsizliyi Agentliyi bu dəfə Şəki və Zaqatalada fəsaliyyət göstərən dönərxanalarda reydlər keçirib. Bəzi müəssisələrdə nöqsanlar aşkarlanıb.
Reyd zamanı Şəki və Zaqatalada dönər satışı həyata keçirilən qida obyektlərində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına, həmçinin dönərin hazırlanmasında istifadə olunan ətin baytarlıq-sanitariya müşayiətedici sənədlərinin olmamasına dair uyğunsuzluqlar müəyyən edilib.
Agentlik rəsmisi vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə dəvət edir. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdiriləcək.
Cümə, 25 Oktyabr 2024 16:18