İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.
Fərmanın icrası çərçivəsində Şəki rayonunda da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub. Bu səbəblə qurum əməkdaşları həmin obyektləri tək-tək gəzib çıxarışları yerindəcə sahibkarlara təqdim ediblər.
Qeyd edək ki, çıxarış alan obyektlərdən 3-ü şəhərdə biri isə Şəkinin İnçə kəndində yerləşir. Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi eyni zamanda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır.
Çərşənbə, 23 Oktyabr 2024 16:09