Ucqar kənddə şagirdlərin təhsil ocağına rahat daşınması təmin edilir
Bu kəndən ən yaxın təhsil ocağına qədər olan məsafə 8 kmdir. Üstəlik yolun böyük bir hsissəsi meşəlik ərazidən keçir. Söhbət ictimai nəqliyyatın belə işləmədiyi Balakən rayonunun Çorçorbinə və Arılıqbinə kəndlərindən gedir. Bu ərazilərdə yaşayan şagirdlərin Qullar kənd Səməd Vurğun adına 1 saylı tam orta məktəbinə çatdırılması üçün Təhsil İşçiləri Azad Həmkarlar İtifaqı Komitəsi tərəfindən ayrıca nəqliyyat ayrılıb.
Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Balakən rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən layihədən iki kəndi əhatə etməklə 30-dan çox şagird və sözügedən ərazilərdə yaşayan bir neçə müəllim bəhrələnir.
Yaxın gələcəkdə məktəblilərin daşınma keyfiyyətini daha da artırmaq üçün yeni və daha çox şagird tutumlu avtobusun təşkil edilməsi nəzərdə tutulub.