Qəbələnin Soltannuxa kəndinin yolları hələ ötən əsrin 50-60-cı illərində salınıb. Kənd sakinlərinin sözlərinə görə, elə həmin dövrdə kəndə asfalt çakilib. Ancaq aradan keçən illər nəticəsində həmin asfalt qatı da tamamilə sıradan çıxıb. Sakinlər isti aylarda toz, yağış mövsümündə isə palçıq əlindən yollarda hərəkət etməyin mümkünsüz olduğunu bildirirlər.
Sakinlər kəndə təcili yardım və digər operativ nəqliyyat vasitələrinin gəlişində problem yaşandığını deyirlər. Həmçinin öz avtomobilləri yararsız yollarda tez-tez sıradan çıxır.
Kənd yollarından ən çox əziyyət çəkənlərdən biri də dərsə gedən şagirdlər və onları aparan valideynlərdir. Kənd bələdiyyəsindən məsələ ilə bağlı münasibət öyrənməyə çalışdıq. Bələdiyyənin nümayəndəsi kənd yollarında vaxtaşırı təmir işləri aparıldığını bildirdi. Yolların asfaltlanmasına gəlincə...
Belə görünür, Soltannuxa kənd sakinlərinin nə zaman ötən əsrdən qalma yollardan istifadəsinə son qoyulacağı naməlum olaraq qalır... Ümid edirik problem tez bir zamanda həll olunar.
Bazar ertəsi, 21 Oktyabr 2024 17:00