Şəkidə 44 günlük vətən müharibəsi şəhidi Toğrul Nağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin açılışı baş tutub.
Tədbirdə şəhidin yaxınları, şəhid ailələri döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər şanlı Azərbaycan ordusunun rəşadətindən danışıblar. Bildirilib ki, Toğrul Nağıyev kimi igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar nəticəsində vətən torpağı düşmən tapdağından azad edildi.
Ailə üzvləri, dostları, döyüş yoldaşları 20 yaşında şəhadətə yüksələn Toğrul haqqında xatirələrini bölüşüblər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvər ruhlu şerlər səsləndiriblər.
Bazar ertəsi, 14 Oktyabr 2024 17:15