Bazar ertəsi, 07 Oktyabr 2024 17:17

Aqta ət satışı məntəqələrində reyd keçirib

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Şəkidə keçirdiyi reyd zamanı bir neçə ət satışı fəaliyyəti ilə məşğul olan obyektlərdə qanun pozuntuları aşkarlanıb. Belə ki, ət məhsullarının saxlandığı köməkçi sahənin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinə cavab vermədiyi və antisanitar vəziyyətdə olduğu müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, həmin sahənin fəaliyyəti məhdudlaşdırılıb. Reyd zamanı həmçinin baytarlıq-sanitariya ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Agentlikdən yoxlama-nəzarət tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Məqsəd ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması və qanunsuz heyvan kəsiminin qarşısının alınmasıdır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S