Şəkidə Azərbaycan və Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi keçirilir. Azərbaycanın Gənclər və İdman Nazirliyinin Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə birgə təşkil etdiyi yay düşərgəsinin 3-cü günündə Gənclərə “Effektiv Ünsiyyət və Komanda işi“ mövzusunda təlim keçirilib.
Təlimlərdə gənclər öz emosiyalarını anlamaq, idarə etmək, effektiv kommunikasiya və idarəetmə mövzularını öyrəniblər. Bu da onların şəxsi və peşəkar həyatlarında daha uğurlu və məhsuldar olmasına kömək edəcək. Qeyd edək ki, 5 gün davam edəcək düşərgədə gənclər üçün peşəkar təlimçilər tərəfindən interaktiv seminarlar və master-klaslar da keçiriləcək.
Cümə axşamı, 12 Sentyabr 2024 12:48