Bir neçə gündür yağan leysan yağışları nəticəsində Şəkinin bəzi kəndində sel suları fəsadlar törədib. Bideyiz və Aşağı Göynük kəndlərində sel suları ümumilikdə 7 km kəndarası yolları yararsız vəziyyətə salıb.
Qudula kəndi ərazisindən axan Əyriçay da daşıb. Nəticədə sel suları Qudula kəndini magistral yolla birləşdirən avtomobil yolunu yuyub. Hazırda Qudula kəndinin şəhər mərkəzi və ətraf kəndlərlə əlaqəsi kəsilib. Yolda hərəkət yalnız yük avtomobilləri və traktorlar vasitəsi ilə mümkündür.
Bundan başqa, sel suları kənddə bir neçə evin həyətyanı sahəsinə və şəxsi təsərrüfatlara da dolub. Fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar iş aparır.
Bazar ertəsi, 29 İyul 2024 13:29