Zaqatalanın Yuxarı Tala kəndinin təbiəti insanı valeh edir. Dağın yamacında yerləşən kəndin ərazisidən axan Tala çayı, ətrafdakı meşələr turistləri özünə cəlb edir. Di gəl ki, səfalı təbiət axarışı ilə rayona üz tutan turistlərin əksəriyyəti bu gözəlliyi qoruyub saxlamaq əvəzinə bərbad vəziyyətə salırlar. Ətrafa soyulmuş heyvan dərisi, plastik qablar, polietilen torbalar və məişət tullanrıları atılır. Nəticədə isə xoşagəlməz mənzərə ortaya çıxır.
Məsələ ilə bağlı kənd bələdiyyəsindən isə bildirildi ki, görülən tədbirlərə baxmayaraq turislər ətraf mühiti çirkləndirməyə davam edir. Ancaq əraziyə nəzarət olunduğu deyilsə də çəkiliş müddətində çay ətrafında təmizlik işinin aparılması və ya zibil yeşiklərinə rast gəlmədik. Ekspertlər də problemin həllini zibil yeşiklərinin yerləşdirilməsində və nəzarətin gücləndirilməsində görür.
Qeyd edək ki, Tala çayı 35 min əhalini içməli su ilə təmin edir. Odur ki, çayın zibillənməsi bir çox xəstəliklərin yayılmasına da səbəb ola bilər. Bir sözlə, təbiət öz gözəlliyini əsirgəməyib indi iş qalır onu qorumağa. Aidiyyatı qurumlar öz işini düzgün görsə və turistlər təmizliyə riayət etsə problem tamamilə aradan qaıxmış olar.
Bazar ertəsi, 29 İyul 2024 06:07