Cümə axşamı, 25 İyul 2024 15:32

Leysan yağışlarının bölgələrdə yaratdığı ciddi fəsadlar...

Ötən gündən başlayan qeyri-sabit hava şəraiti yenə bölgələrdə fəsadlara səbəb olub. Dağətəyi ərazilərdən sel keçib. Ötən gündən dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda yağış yağıb, çaylarda sululuq artıb. Güclü leysan yağışları Qəbələdə sellə nəticələnib. Qəbələ ərazisindən axan Göyçay və Dəmiraparançayda suyun artması nəticəsində ətraf əraziləri su basıb. Tikanlı, Abrıx və digər dağətəyi kəndlərində yollara, bağlara və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. İsmayıllıda isə ildırımla müşahidə olunan leysan yağışları bir ailəni evsiz qoyub. Rayonun Salbuzov küçəsində Bəxtiyar İsmayılova məxsus ev ildırım vurması nəticəsində yanıb. Oğuz rayonunda da güclü leysan yağışları fəsadsız ötüşməyib. Rayon mərkəzindən 40-50 km məsafədə yerləşən Xaçmaz və Filfilli kəndlərinə sel gəlib. Qala çayından və kənd daxili çaylardan sel keçib. Çaylar məcrasından çıxıb, sel suları kənd daxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını sel aparıb. Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə problemlər yaranıb. Bölgələrdə hazırda da yağıntılı hava şəraiti müşahidə olunur, çaylarda suyun səviyyəsinin yüksək və təhlükəli olduğu bildirilir. Milli Hidrometeorologiya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətimətinin məlumatına görə, qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S